Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.01.2024 14:58
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Litva Respublikasının Astanadakı səfiri ilə görüşüb

Akademik Şahin Mustafayev Litva Respublikasının Astanadakı səfiri ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Litva Respublikasının Astanadakı səfiri (Qırğızıstan, Özbəkistan və Tacikistanda akkreditə olunmuş) Egidiyus Navikası qəbul edib.

Akademik Şahin Mustafayev səfirə Beynəlxalq Türk Akademiyasının muzeyi və nəşr olunmuş elmi araşdırmaları haqqında məlumat verib, aparılan işlər və həyata keçirilən layihələrdən danışıb.

Akademiyanın elmi layihələrinə böyük maraq göstərən səfir Egidijus Navikas Litva Respublikasında yaşayan türk xalqları haqqında məlumatların verilməsi, onların milli dəyərlərinin qorunması istiqamətində birgə tədbirlər təşkil etməyə hazır olduqlarını bildirdi.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Aşat Kesikbayev, Litvanın Astana səfirliyinin birinci katibi Maksim Davidiuk və Beynəlxalq Türk Akademiyasının eksperti Aynur Mayemerovanın da iştirak etdiyi görüşün sonunda tərəflər gələcəkdə müştərək tədbirlərin təşkili imkanlarını qiymətləndirmək barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: