Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.07.2024 09:27
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda özbək gənclərlə görüş keçirilib

Ədəbiyyat İnstitutunda özbək gənclərlə görüş keçirilib

AMEA-nın Nizami Gncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistandan gəlmiş istedadlı gənclərlə görüş keçirilib.

Tədbiri institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. Bildirib ki, həm Azərbaycanın, həm Özbəkistanın qədim və zəngin ədəbiyyat tarixi var: “Klassik dövrdən başlayan ədəbi ənənələr sovet dövründə də davam edib. Yaxın tarixdə bu istiqamətdə daha çox işlər görülür. Özbəkistan qardaş dövlətdir, onlarla birgə iş görmək həm şərəflidir, həm də vacibdir. May ayında Özbəkistanda səfərdə olmuşuq. İnstitutumuzda türk xalqlarına aid mərkəzlər var. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu istiqamətdə görülən işlərə xüsusi önəm verir”.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə çıxış edərək qonaqlara göstərilən diqqət və qayğıya görə təşəkkür edib. Özbəkistandan gəlmiş istedadlı gənclərin səfərinin məqsəd və məramı haqqında məlumat verib.

Özbəkistanlı qonaqlardan şair Nəzakət Rəsul (Qasımova), yazıçı Gülnarə Xocayeva, rəssam, dizayner Diyara Tilavova Bakı haqqında xoş təəsüratlarını bölüşüblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, Mənzər Niyarlı, gənc tədqiqatçılarından Sənubər Səmədova, Şəbnəm Mirzəzadə çıxışlarında ölkələrimiz arasındakı ədəbi-mədəni əlaqələrin əhəmiyyətindən söz açıblar. Özbək xanımlardan Xurliman Qaybullayeva və Nəsibə Xocayevanın dütarda ifa etməsi maraqla qarşılanıb.

Qonaqlar Ədəbiyyat İnstitutu ilə yaxından tanış olub, mərkəzləri gəziblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: