Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 10:28
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə dəyirmi masa keçirilib

Gəncə Bölməsində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə dəyirmi masa keçirilib

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, AMEA-nın Gəncə Bölməsində “Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı - Gəncə. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Elm və Təhsil Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və AMEA Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Onun işində Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da iştirak edib.

Dəyirmi masanın müzakirələrini açıq elan edən AMEA-nın Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev ölkə rəhbərinin M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd olunması haqqında Sərəncamının müddəalarınında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bu görkəmli ictimai-siyasi xadimimizin həyat və fəaliyyətiinə həsr edilən tədbilərin keçirilməsi nəzərdə tutulduğunu bildirib və bu günkü dəyirmi masanın da bu məqsəd daşıdığını vurğulayıb.

Dəyirmi masada AMEA-nın Gəncə Bölməsindən - Nizami Gəncəvi Mərkəzindən Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin milli mənsubiyyətinə və ideyalarına Məhəmməd Əmin Rəsulzadə baxışı”, Humanitar Tədqiqatlar İnstitutundan Ruziyə Quliyeva “Məhəmməd Əmin Rəsulzadə Nizami Gəncəvinin fəxriyyələri haqda”, Elmi katib Elnur Həsənov “Məhəmməd Əminin yaradıcılığında Azərbaycanın tarixi irsi”, Elmi kitabxanadan Vüsalə Hüseynova “Məhəməd Əmin Rəsulzadənin əsərləri”, İctimaiyyətlə əlaqələr şöbəsindən Zakir Muradov “M.Ə.Rəsulzadə nə üçün Azərbaycan Cümhuriyyətinin taleyini əfsanəvi Siyavuşun obrazı ilə eyniləşdirib?”, həmçinin Elm və Təhsil Nazirliyinin qurumlarından - Bioresurslar İnstitutundan İmran Qasımov “Məhəmməd Əmin Rəsulzadənin mühacirət həyatı”, Aqrar Problemlər İnstitutundan Sədaqət Adıgözəlova “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzularında çıxış ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov tədbirdə çıxış edərkən ölkə başçısının sərəncamı ilə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsini tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından  əhəmiyyətini qeyd edib. O, Məhəmməd Əmin Rəsulzadənin və digər görkəmli xadimlərimizin 20-ci əsrin əvvəllərində arzuladığı və qurmaq istədiyi milli müstəqilliyimizin zəmanəmizin böyük siyasətçisi, Ümummilli lider Heydər Əliyevin müdrik və qətiyyətli strategiyası və onun davamçısı, ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müasir zamanın tələblərinə uyğun olaraq yüksək inkişafımızın təmin olunması yönündə apardığı ardıcıl uğurlu fəaliyyəti sayəsində gerçəkləşdiyini bildirib.

Dəyirmi masanın sonunda Rasim Tağıyev AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin adından dərin məzmunlu çıxışlara görə, iştirakçılara bir daha təşəkkür edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: