Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin dördüncü sayı işıq üzü görüb
16.02.2024 15:30
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin dördüncü sayı işıq üzü görüb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin dördüncü sayı çapdan çıxıb.

“İnformasiya bülleteni”nin bu nömrəsi AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyanın qurucu prezidenti” adlı məqaləsi ilə başlayır. Məqalə Akademiyanın ilk prezidenti olan Mirəsədulla Mirqasımovun keşməkeşli, məsuliyyətli və şərəfli ömür yolundan bəhs edir.

Bülletendə, həmçinin 2023-cü ilin IV rübündə MEK-in fondlarına daxil olan sənədlər, ardı davam edən nəşrlər, avtoreferat və dissertasiyaların biblioqrafik siyahısı verilib. Eləcə də bülletendə 2023-cü ildə Mərkəzi Elmi Kitabxanada hazırlanaraq nəşr olunan kitabların fotokollajı və burada keçirilən tədbirlər öz əksini tapıb.

Qeyd edək ki, nəşrin elmi redaktoru MEK-in direktoru professor Məmməd Əliyev, buraxılışa məsul şəxs direktor müavini, dosent Şəhla Tahirqızıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: