Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İsveçli alimlər "qızılgül-kiborq" yaradıblar
26.11.2015 11:20
  • A-
  • A
  • A+

İsveçli alimlər "qızılgül-kiborq" yaradıblar

İsveçin Linçopinq Universitetinin alimləri adi bağ qızılgülünü süni cərəyan keçirən kanallara malik bitkiyə çevirməyə müvəffəq olublar. Mütəxəssislərin fikrincə, əldə olunan nailiyyət nəticəsində bitkilərə birbaşa qoşulan elektronikanın yaradılması istiqamətində daha bir addım atılmışdır. Gələcəkdə alimlər enerji alınması üçün fotosintezdən istifadə edəcək yanacaq hüceyrələrini yaratmaq niyyətindədirlər.

Belə ki, İsveç alimləri toksinsiz cərəyan keçirən material aşkarlayıblar. Bu maddə bitkiyə asanlıqla hoparaq onun ksilema, yəni suötürücü toxumalarında bir növ naqillər formalaşdırır. Sözügüdən material elektronikada geniş istifadə olunan PEDOT (polietilendioksitiofen) adlı üzvi polimerdir.

www.zele.ru

  • Paylaş: