Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində mühacirət ədəbiyyatına həsr olunmuş seminar keçirilib

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində mühacirət ədəbiyyatına həsr olunmuş seminar keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ənənəvi elmi seminarların növbəti məşğələsi keçirilib.

Muzeyin “Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Törəxanım Hüseynova mühacirət ədəbiyyatı mövzusunda “Prometey” jurnalı qeyri-rus millətindən olan siyasi mühacirlərin mətbu orqanı” adlı məruzə ilə çıxış edib: “1920-ci ildən sonra SSRİ-dən mühacirətə gedən qeyri-rus millətindən olan siyasi-ictimai və dövlət xadimləri xaricdə antibolşevik cəbhə qurmaq məqsədilə prometeyçilər hərəkatı yaratmışlar. 1926-cı ildə Parisdə fransız dilində “Prometey” jurnalının nəşrinə başlanılmışdır. Burada Qafqaz, Türküstan, Ukrayna siyasi mühacirləri ilə bir sırada Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Mustafa Vəkilli kimi Azərbaycanın görkəmli simaları da var idi. Məmməd Əmin Rəsulzadə bu jurnalın redaksiya heyətinin üzvü və daimi müəlliflərindən biri idi”.

Məruzəçi “Prometey” jurnalı ilə əməkdaşlıq edən azərbaycanlı ziyalılar, o cümlədən, M.Ə.Rəsulzadənin “Azərbaycan Respublikası”, “Bolşeviklərin Şərq siyasəti”, “Qafqazın birləşməsi”, “Panturanizm haqqında” adlı məqalələri haqqında ətraflı məlumat verib.

Sonra filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, böyük elmi işçi Kəmalə Zeynalova, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva və başqaları mövzu ilə bağlı müzakirələrdə iştirak edərək fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 
  • Paylaş: