Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2024 12:28
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Biofizika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

BDU-nun tələbələri Biofizika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Biologiya” ixtisası üzrə 13 nəfər IV kurs tələbəsi Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda istehsalat təcrübəsinə başlayıb.

İlk tanışlıq günündə tələbələrə elmi müəssisənin strukturu, əsas fəaliyyət istiqamətləri, institut laboratoriyalarının elmi fəaliyyəti barədə geniş məlumat verilib.

İki ay davam edəcək təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, təcrübə müddəti aprel ayının 4-də yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: