Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçiriləcək
22.02.2024 10:20
  • A-
  • A
  • A+

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçiriləcək

2024-cü il may ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçiriləcək.

Mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə müəlliflərinin nəzərinə:

- Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;

- Məqalə  A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;

- 3 dildə (Azərbaycan, rus və ingilis) xülasə;

- Ədəbiyyat siyahısı əlifba üzrə; 

- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 1 may 2024-cü il tarixinədək  fuzuli.konfrans@mail.ru elektron ünvanına göndərilməlidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: