Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2024 10:32
  • A-
  • A
  • A+

Xocalı: Şahidlər danışır

Xocalı: Şahidlər danışır

Azərbaycan Dillər Universitetində Pakistan səfirliyinin təşkilatçılığı ilə Pakistan Mədəniyyəti Mərkəzində Xocalı gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanda Pakistanın fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayeenin açılış nitqi ilə başlayıb, Xocalı faciəsi insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biri kimi anılıb.

Sonra çıxış edən Xocalı sakinləri Eldəniz Ağayev, Xatirə Mirzəyeva, Gülnar Kərimova, şəhid Qasım Məmmədhəsənovun atası - Bilal Məmməmhəsənov həmin gündə baş verən hadisələri, ermənilərin törətdikləri vəhşilikləri böyük acı, ürək ağrısı ilə nəql ediblər. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Urdu dili mütəxəssisi Rövşən Şirxanlı, Fransada fəaliyyət göstərən UNESCO-nun Qlobal Gənclər Birliyinin Azərbaycan təmsilçisi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d, dosent Vəfa Abdullayeva-Nəbiyeva da iştirak ediblər.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, yazıçı İradə Əlilinin “Xocalı: Şahidlər danışır” kitabının Urdu dilinə tərcüməsi də ictimaiyyətə təqdim olunub. Kitabın Urdu dilinə tərcüməsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi və dissertantı Amalya Paşayevaya məxsusdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: