Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2024 12:48
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fizika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib.

Öncə soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açaraq qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. O, bu ilki 26 fevralın ötən illərə nisbətən fərqli olduğunu bildirib. Akademik Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımına siyasi qiymət verildiyini bildirib. İşğal altında olan torpaqlar azad olunduqdan sonra kütləvi məzarlıqların aşkar olunduğunu qeyd edən A.Həşimov gələcəkdə bu məzarlıqlar öyrənildikdə hadisələrə daha doğru qiymət veriləcəyini bildirib. O, ermənilərin Azərbaycan xalqına qarşı saysız-hesabsız vəhşiliklər törətdiyindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuzun düşmən üzərində qələbəsindən danışıb.

Fizika-riyaziyyat elmləri doktoru professor Adilə Abasova çıxışında Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən, Xankəndində təşkil olunan paraddan və s. bəhs edib.

Anım tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Qadınlar Şurasının sədri tarix elmləri doktoru Vəfa Mahmudova, Fizika İnstitutunun böyük elmi işçisi Şəfəq Əhədzadə, aparıcı elmi işçi Lalə Əliyeva, doktorant Səidə Zalova və YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: