Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir təşkil olunub.
Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq mövzunun əhəmiyyətini vurğulayıb və mülki müdafiə sahəsində həyata keçirilən tədbirlərin vacibliyindən bəhs edib.
Daha sonra Mülki Müdafiə qərargahının rəisi Taleh Məmmədov çıxış edərək mülki müdafiənin yaranma tarixi, əsas vəzifələri və institutdakı fəaliyyəti barədə məlumat verib. O, mülki müdafiənin əhəmiyyətindən, fövqəladə hallara hazırlıq və mümkün risklərin azaldılması üçün görülən tədbirlərdən danışıb. Bildirilib ki, əməkdaşların təhlükəsizlik biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində institutun foyesində sərgi təşkil olunub. Sərgidə institutun mülki müdafiəyə aid olan bütün inventarları institutun bütün şəxsi heyətə nümayiş etdirilib.
Eyni zamanda, fövqəladə hallarda düzgün davranış qaydaları, ilkin tibbi yardım və təxliyə tədbirləri ilə bağlı praktik tövsiyələr verilib. Tədbir müzakirələrlə davam edib, iştirakçılar mövzu ilə bağlı suallarını veriblər və onlara ətraflı cavablar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.