Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.03.2025 14:18
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib

Dendrologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda  1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə institutun laboratoriya və şöbə müdirləri iştirak ediblər.

Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova tədbiri açıq elan etdi. O, “Dünyada baş verən təbii fəlakətlərin proqnozlaşdırılması və təhlili  haqqında” müasir elmi baxışlar barədə məlumat verdi.

Daha sonara Dendrologiya İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Arif İmanov mülki müdafiənin əhəmiyyəti, vəzifələri və əhalinin fövqəladə hallara qarşı necə hazır olmağın yolları haqqında ümumi məlumat verdi. Tədbirdə fövqəladə hallarda xilasetmə işlərinə aid olan, insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının qaydaları və ilk yardım çantasının istifadəsi, qanaxmalar və sınıqlar zamanı ilk  yardım qaydaları haqqında danışıldı.

Tədbirdə əməkdaşlar insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: