Qazaxıstanın Milli Kosmik Agentliyi (Kazkosmos) Britaniyanın “SSTL” şirkəti ilə birgə zəlzələni öncədən proqnozlaşdırmağa imkan verən kosmik sistem hazırlayır. Bu haqda Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyi AeroKosmos Komitəsinin sədr müavini Meyrbek Moldabekov məlumat verib.
belta.by saytının bildirdiyinə görə, elmi-texnoloji təyinatlı yeni sistem özündə texnoloji və elmi kosmik aparatları birləşdirir.