Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası bir sıra elmi-təşkilati məsələlərə həsr olunub. Tədbirdə Elmi şuranın üzvləri, şöbə müdirləri, doktorantlar, dissertantlar, magistr və magistrantlar iştirak ediblər.
İclası giriş sözü ilə açan baş direktor akademik Akif Əlizadə 2025-ci ildə AMEA-nın, həmçinin Geologiya və Geofizika İnstitutunun yubileyi ilə bağlı bir sıra hazırlıq işlərinin zərurəti barədə fikirlərini diqqətə çatdırıb, sonra tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.
İlk məsələ - Geologiya və Geofizika İnstitutunun elmi-tədqiqat işlərinin əhatəli planı haqqında institutun icraçı direktoru AMEA nın müxbir üzvü Dadaş Hüseynov məlumat verib. Məruzəçi 10 elmi-tədqiqat mövzusuna daxil 2 işin sona çatdırılıdığı, digərlərinin isə icra vəziyyəti barədə müfəssəl danışıb.
Geologiya və Geofizika İnstitutunun 2024-cü il üzrə iş planları haqqında elmi katib g.-m.e.n. Yeganə Lətifova informasiya təqdim edərək ümumrespublika elmi seminarının, həmçinin gənc tədqiqatçılar üçün təşkil ediləcək lektoriyaların iş planını səsləndirib.
Dadaş Hüseynovun və Yeganə Lətifovanın iş planları haqqında məlumatları Şura üzvlərinin müzakirəsindən sonra təsdiq edilib.
Daha sonra bir sıra cari məsələlərin müzakirəsi keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.