Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2025 16:26
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib

Dendrologiya İnstitutunda 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan, Dendrologiya İnstitunun baş direktor vəzifəsini icra edən b.ü.f.d, dosent Minarə Həsənova qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova çıxış edib. Vurğulanıb ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib.

“Azərbaycan gəncləri fəal, vətənpərvər, bilikli, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunmasını da diqqət mərkəzində saxlayır. Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Tədbirin sonunda xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalamağa vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atamağı arzulayaraq, gənclərə Təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: