Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2025 12:13
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Yanvarın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova daha ciddi səylə fəaliyyət göstərmək, elmi-tədqiqatları genişləndirmək, kadr hazırlığına diqqəti artırmaqla Cəlal Əliyev irsini daha da zənginləşdirməyin zəruriliyindən bəhs edib.

İclasda institutun əməkdaşlarının 2025-ci il üçün fərdi iş planları müzakirə olunub.

Akademik İradə Hüseynova Scopus və Web of Science bazalaına daxil olan məqalə sayına görə tədqiqatçıların mükafatlandırılması haqqında EATDA-nin direktoru Ülkər Səttarovanın 21 yanvar 2025-ci il tarixli məktubu və 2 Fevral – Gənclər günü münasibəti ilə institutda 29 yaşa qədər gənclər arasında təşkil olunmuş müsabiqə haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: