Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
07.03.2024 12:29
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib” başlıqlı icmal və Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki yer alıb.

Bügünkü sayda AMEA-nın Ümumi yığıncağı, Rəyasət Heyətinin iclası, Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda yubiley tədbiri və “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfranslara dair xəbərlər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr olunmuş tədbirdə iştirakı və digər tədbirlərlə bağlı yazılar dərc olunub.

Həmçinin qəzetdə akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan muxtar respublikası: Muxtariyyətdən respublikaya” adlı məqalə, eləcə də professor Əsədulla Cəfərovun 75 illik yubileyi münasibətilə “Dağlarda keçən ömür” başlıqlı məqalə, yeni nəşrlər və digər əhəmiyyətli məlumatlar təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində ötən həftə Akademiyanın fəaliyyətini əks etdirən yazılar və son elmi yeniliklərə dair informasiyalar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: