Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

13.03.2024 10:05
  • A-
  • A
  • A+

Alimlər Yerin “ulduz təpələri”nin sirlərini açıblar

Alimlər Yerin “ulduz təpələri”nin sirlərini açıblar

Alimlər Yerin “ulduz təpələri”nin sirlərini açıblar.

Alimlər dünyanın ən müəmmalı səhra formasiyalarından birinin arxasındakı həqiqəti aşkar ediblər.

Çoxqollu formasına görə belə adlandırılan “ulduz təpələri” Yer kürəsinin ən hündür təpələri hesab olunur. Lakin onlar haqqında məlumat azdır. “Ulduz təpələri”nə dünyanın geoloji qeydlərində nadir hallarda rast gəlinir, bu baxımdan da alimlər onilliklər boyu bu məsələ barədə çaşbaş qalıblar. Axı bu nəhəng qum piramidaları Afrika, Çin, Şimali Amerika və Ərəbistanda saysız-hesabsız müasir səhralarda da görünür. Ən hündürü isə Çinin Badain Jaran səhrasındadır, onun təxminən 300 metr (984 fut) hündürlüyü var. Onlar, həmçinin Günəş sisteminin başqa bir yerində, yəni Marsda və Saturnun peyki Titanda mövcuddur.

London Universitet Kollecinin sedimentologiya üzrə fəxri professoru Çarlz Bristovun fikrincə, məsələ ondadır ki, tədqiqatçılar həqiqətən bu barədə nə axtaracaqlarını müəyyən edə bilmirlər. O, “Live Science”ə müsahibəsində bildirib ki, strukturların öyrənilməsi xüsusilə çətindir, çünki onlar adətən ucqar yerlərdə tapılır və yüzlərlə fut yerdəyişən qumu təhlil etməyə çalışmaq heç də asan deyil. Buna baxmayaraq Çarlz Bristov, Aberistuit Universitetinin üzvü Geoff Duller və onların həmkarları indi ulduz qumunun daxili quruluşunun ilk hərtərəfli tədqiqatını uğurla başa vurublar. Onlar Mərakeşin cənub-şərqində yerləşən və “ən yüksək müqəddəs nöqtə” mənasını verən Lala Lallia kimi tanınan bir ulduz qumunu özlərinə obyekt kimi götürüblər. Təpənin dərinliklərində olan qum dənələrinin günəş işığı ilə sonuncu dəfə nə vaxt təmasda olduğunu aydınlaşdıran mineralların müəyyənlədirilməsi metodundan istifadə edən komanda, bunun təqribən 13 min il olduğunu təxmin edib.

Beləliklə, alimlər Lalə Lallianın yaşını və qumun hərəkət sürətini müəyyən ediblər.

AzərTac

  • Paylaş: