Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.03.2024 11:02
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Türk dünyasının ortaq mirası Novruz” adlı sərgi-tədbir keçirilib

Folklor İnstitutunda “Türk dünyasının ortaq mirası Novruz” adlı sərgi-tədbir keçirilib

AMEA-nın Folklor İnstitutunda sözügedən elmi müəssisənin Qadınlar şurasının təşkilatçılığı ilə “Türk dünyasının ortaq mirası Novruz” adlı sərgi-tədbir keçirilib.

Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Dilşad Tahirqızı, AMEA Rəyasət Heyətinin əməkdaşları - elmi katib Arzu Məmmədxanlı, baş mütəxəssis Zeynəb Həcəmova və Aşıq Roman Azaflı qonaq qismində iştirak ediblər.

Tədbiri giriş sözü ilə institutun direktoru akademik Muxtar İmanov açaraq, Novruzun əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan bayram olduğunu bildirib. Yaradılışla bağlı olan bu bayramın insanları birliyə, əmin-amanlığa səslədiyini vurğulayan akademik qeyd edib ki, Novruz təbiətin harmoniyası - gecə ilə gündüzün bərabərləşməsini, eyni zamanda cəmiyyətin harmoniyası - küsülülərin barışmasını təcəssüm etdirir. Akademik tədbir iştirakçılarını xalqımızın milli bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, xoş əhvali-ruhiyyə və gələcək işlərində nailiyyətlər arzulayıb.

Sonra tədbirdə qonaq qismində iştirak edən Dilşad Tahirqızı, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil çıxış edərək Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, xoş arzularını çatdırıblar.

Daha sonra Qadınlar şurasının sədr müavini Afaq Mustafayeva sərgidə nümayiş olunan qədim məişət əşyaları, o cümlədən xalçalar barədə məlumat verib.

Sonda Aşıq Roman Azaflının ifasında təqdim olunan aşıq havaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: