AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında AMEA Rəyasət Heyətinin 22 fevral 2024-cü il tarixli qərarı ilə Elmi şura üzvləri məlumatlandırılıb. 25 aprel 2024-cü ildə keçiriləcək “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfransın materialları çapa tövsiyə edilib.
İclasda, həmçinin bir sıra cari məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.