ETN Botanika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Nazim Xəlilov açaraq, “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda çıxış edib.
O, məruzəsində FHN-nin əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq mülki müdafiənin məqsədi, təşkili prinsipləri, mülki müdafiə sahəsində dövlətin, hüquqi şəxslərin və sıravi vətəndaşların hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, onlara fərdi mühafizə vasitələrinin paylanılması və təhlükəsiz sığınacaqlarda yerləşdirilməsi Mülki Müdafiənin başlıca vəzifəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.