Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2024 13:58
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda 31 Mart Soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Biofizika İnstitutunda 31 Mart Soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Biofizika İnstitutunda  31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək 31 Mart Soyqırımının tarixindən danışıb. Bu hadisənin Azərbaycan tarixindəki ən ağır hadisələrdən biri olduğunu vurğulayaraq, onun xatirəsini həmişə yaşatmağın və növbəti nəslə ötürməyin vacibliyini diqqətə çatdırıb.

Daha sonra institutun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova çıxış edib. O, bu tarixi hadisənin araşdırılmasının, tədqiqatının əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş video rolik nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: