Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.04.2024 10:26
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda 70 saylı məktəbin şagirdləri ilə görüş keçirilib

Tarix və Etnologiya İnstitutunda 70 saylı məktəbin şagirdləri ilə görüş keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Bakı şəhəri 70 saylı məktəb-liseyin şagirdləri və müəllimləri ilə görüş keçirilib.

İnstitutun kitabxanasında təşkil edilən tədbirdə elmi işlər üzrə direktor müavini t.e.d. İlqar Niftəliyev institutun tarixi, fəaliyyəti, elmi-tədqiqat şöbələrinin gördüyü işlər haqqında danışıb. Görüşdə 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı danışan İ.Niftəliyev erməni-daşnak dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları haqqında dərc olunmuş silsilə nəşrlər haqqında məlumat verib, şagirdlərin suallarını cavablandırıb.

Sonda şagirdlər institutun şöbələrinin işi, kitab sərgisi və Şuşa şəhərinə həsr olunmuş foto sərgi ilə tanış olublar.

Sonda institut əməkdaşlarının son illərdə dərc olunmuş bir sıra kitablarını 70 saylı məktəb-liseyin kitabxanasına hədiyyə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: