Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğlu və onu müşaiyət edən şəxslər AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar. Qonaqları İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova və muzeyin direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva qarşılayıblar.
Qonaqlar Azərbaycan tarixinin ən qədim dövrlərini əks etdirən ekspozisiya zalları ilə tanış olublar, onlara muzeyin tarixi barədə ətraflı məlumat verilib. Muzeydə saxlanan məişət əşyaları və tarixi sənədlər qonaqlarda böyük təəssürat oyadıb.
Sonra qonaqlar muzeyin daimi ekspozisiyası, həmçinin H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olublar.
Səfərdən məmnun qalan Sare Davudoğlu muzeyə xatirə olaraq mücrü hədiyyə edib.
Sonda qonaqlar Muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir