Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.04.2024 13:20
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin fizika və kimya kafedralarının birgə təşkilatçılığı ilə “Çernobıl qəzası: həqiqətlər, müəmmalar və müasir radioekoloji vəziyyət” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Ukrayna Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Siqnal Sistemlərin Biofizikası və Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyalarının müdiri biologiya elmləri doktoru, professor Namik Rəşidov Çernobıl qəzası, həmin ərazinin radioekoloji vəziyyəti və canlılar aləmində baş verən dəyişikliklər haqqında geniş məlumat verib.

Qeyd edək ki, sözügedən seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, həmçinin məruzəçi tərəfindən mövzu üzrə çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: