Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.04.2024 16:22
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Qars-Qafqaz Universitetinin azərbaycanlı alimi ilə görüş keçirilib

Ədəbiyyat İnstitutunda Qars-Qafqaz Universitetinin azərbaycanlı alimi ilə görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Qars-Qafqaz Universitetinin dosenti Afina Barmanbayla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktor müavini fil.f.d., dosent Mehman Həsənli Afina Barmanbayın Türkiyədəki elmi fəaliyyətinə toxunub, apardığı tədqiqatlardan danışıb. Mehman Həsənli qeyd edib ki, Afina Barmanbayın Qars-Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır. Natiq bu gün Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin nüfuzlu elmi qurumları arasında əlaqələrin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, AMEA-da TÜBİTAK-ın ofisinin açılmasını bu əlaqələrin zirvəsi adlandırıb.

Daha sonra çıxış üçün söz dosent Afina Barmanbaya verilib. Qonaq xoş qarşılanmaya görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə təşəkkür edib, bu institutda çalışdığı illəri və Əhməd Cavad haqqında yazdığı dissertasiya işinin müdafiəsini xatırlayıb. Afina Barmanbay Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində gördüyü işlərdən danışıb, institut əməkdaşlarını son nəşrləri ilə tanış edib. Qonaq xüsusi olaraq bildirib ki, Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrin inkişafında Nizami Gəncəvi adına Əbəbiyyat İnstitutu xüsusi rol oynayır. O, gələcəkdə də bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Filologiya elmləri doktoru İmamverdi Həmidov çıxışında Afina Barmanbayın Türkiyədəki fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra çıxış üçün söz professor Tahirə Məmmədə verilib. Tahirə Məmməd Afina Barmanbayla olan əlaqələrindən və bu əlaqələrin Türkiyədə Azərbaycan ədəbiyyatının təbliğində oynadığı roldan danışıb. Natiq Afina Barmanbayın şəxsiyyətinə yüksək qiymət verərək onu atası Əflatun Saraclının layiqli davamcısı adlandırıb.

Tədbirdə professor Asif Rüstəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Kifayət İmamquliyeva, Bakı Avrasiya Universitetinin müəllimləri Sima Cəfərova və Seyfəddin Altaylı çıxış ediblər. Natiqlər Afina Barmanbayın elmi tədqiqatlarını əhəmiyyətli hesab edib, azərbaycanlı alimə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda Qars-Qafqaz Universitetinin dosenti Afina Barmanbay yeni kitablarını Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: