Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev İlahiyyat İnstitutunda “Daşların işığı - elmi-fəlsəfi mülahizələr” mövzusunda məruzə edib.
R.Fətəliyev qiymətli daşların mahiyyəti, xarakteri, strukturu, kimyəvi tərkibi və s. ilə bərabər müqəddəs kitablarda onlara verilən dəyər, qiymətli daşların insan həyatında əhəmiyyəti və qiymətli olmasının səbəbləri haqqında maraqlı məlumatlar verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.