Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.04.2024 16:15
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib

Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib

Aprelin 18-də AMEA-nın Şəki Regional Elmi Mərkəzində Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib.

İclasda AMEA-nın Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, mərkəzin şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Açıq səsvermə ilə iclasa sədrlik edən Rəhim Abdurahmanov gündəliyi elan etdikdən sonra yetərsay olmasını diqqətə çatdırıb, sonra söz AMEA Şəki Regional Elmi Mərkəzinin Həmkarlar təşkilatının sədri Aqil Mustafayevə verilib. O, seçildiyi dövrdə Həmkarlar Təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verərək, hesabatı slayt formasında iştirakçılara təqdim edib.

Sonra Şəki REM-in Nəzarət Təftiş komissiyasının sədri Namiq Abdurahmanovun hesabatı dinlənilib. Daha sonra Həmkarlar Təşkilatına yeni sədr və üzvlərin seçkisi keçirilib. Açıq səsvermə nəticəsində Aqil Mustafayev yenidən Həmkarlar Təşkilatının sədri və yeni komitə üzvləri seçilib. Namiq Abdurahmanov isə yenidən Nəzarət Təftiş Komissiyasının sədri seçilib.

İclasda çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Akademiyada və o cümlədən Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb. Son illər Akademiya rəhbərliyinin Həmkarlar Təşkilatlarının fəaliyyət istiqamətlərinə göstərdiyi diqqəti iştirakçılara çatdırıb. Şəki REM-in fəaliyyəti istiqamətində də Həmkarlar Təşkilatının qarşısında duran işlərin əhəmiyyətinə dair fikirlərini bildirib.

Şəki REM-in direktoru Yusif Şükürlü Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyətinin daha da aktivləşməsinin zəruriliyini vurğulayaraq bundan sonra fəaliyyətlərini səmərəli şəkildə quracaqlarını bildirib.

Çıxış edənlər professor Firədun İbrahimov və elmi işlər üzrə direktor müavini bio.ü.f.d. Fərhad Əzizov Həmkarlar Təşkilatının işçilərin hüquqlarını müdafiə edən təşkilat kimi mərkəzdə səmərəli fəaliyyətini qeyd edib, bundan sonra da görüləcək işlərə dair fikirlərini söyləyiblər.

Şəki REM-in direktoru Yusif Şükürlü və Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev AMEA Azad Həmkarlar İttifaqının qurultayına nümayəndə seçiliblər.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev siyasi irsinin araşdırılması ilə bağlı elmi əsərlər dosent Sənan Həsənov tərəfindən Şəki REM-in kitabxana fonduna hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: