Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2025 14:23
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvüMisir Mərdanov açaraq müəssisədə işləyən xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

M.Mərdanov qadınların cəmiyyətdəki rolundan danışaraq qeyd edib ki, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Dünya mədəniyyətinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olub. Azərbaycanın müxtəlif sahələrdə inkişafına öz töhfələrini verən qadınların bir çoxunun adı ölkənin zəngin tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.

Professor Misir Mərdanov Azərbaycan qadının tarixin müxtəlif dövrlərində cəmiyyətdə tutduğu yüksək mövqedən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda layihənin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Firdovsi Atakişiyev vurğulayıb ki, Azərbaycan qadınları tarix boyu müdrik, vətənə, torpağa sədaqətli, cəsur və qorxmaz olmaqla bərabər, bir çox çətin vəziyyətlərdə düzgün yol seçməyi bacarmışdılar, ölkənin mədəni, pedaqoji, elmi həyatında öz səylərini əsirgəməyərək öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Qeyd edib ki, Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar. Əməkdar artist institutda çalışan xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.

Daha sonra  Həmkarlar Təşkilatının təşkilatçılığı ilə insitutunun xanımlarına hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: