Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.04.2024 09:32
  • A-
  • A
  • A+

Folklorşünas alimlər Mədəniyyət TV-nin “İrs” proqramında ortaq türk inanclarından danışıblar

Folklorşünas alimlər Mədəniyyət TV-nin “İrs” proqramında ortaq türk inanclarından danışıblar

AMEA-nın Folklor İnstitutunun əməkdaşları - aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu, aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Mədəniyyət TV-nin “İrs” proqramının qonağı olublar.

“Ortaq türk inancları” mövzusunda olan verilişdə türk tanrıçılığı, totemizm, türk dastançılıq düşüncəsində, aşıq sənətində təbiət-insan münasibətləri ilə bağlı fikir  bölüşmələri olub, bu gün türk xalqları arasında mənəvi əlaqələrin daha da möhkəmlənməsi üçün kökdən gələn ənənələrin inkişaf etdirilməsinin qaçılmazlığı, gərəkliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: