Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.04.2024 10:28
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Bakı Modern Təhsil Kompleksində olublar

Dendrologiya İnstitutunun əməkdaşları Bakı Modern Təhsil Kompleksində olublar

Bakı Modern Təhsil Kompleksi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublikamızda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində yaşıllaşdırma aksiyası keçirib.

Əvvəlcə Kompleksdə “GREEN CLUB”-ın açılış mərasimi keçirilib daha sonra “THINK GREEN, GO GREEN” adlı yaşıllaşdırma layihəsi həyata keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada Botanika İnstitutunun əməkdaşları və Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri HİK-sədri Tünzalə Zeyvəliyeva, Kadrlar şöbəsinin müdiri Aytən Abbasova, GAMŞ-nın sədri Nuray Qədirova və Jalə Məstəliyeva iştirak ediblər.

Bakı Modern Məktəbinin ingilis dili müəlliməsi, layihə rəhbəri Günay Nadirova və Kompleks tələbələrin iştirakı ilə keçirilən tədbir zamanı torpaq deqradasiyasının qarşısının alınması, yaşıllıq zonalarının bərpası və genişləndirilməsi, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi kimi qlobal səviyyəli ekoloji çağırışlardan danışılıb, daha sonra dibçəklərdə müxtəlif növ bitkilər əkilib.

Tədbirdə iştirak edən əməkdaşlar sonda sertifikata layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: