Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.04.2024 11:48
  • A-
  • A
  • A+

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbələri təcrübə keçirlər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbələri təcrübə keçirlər

Elm və Təhsil Nazirliyinin Fizika İnsitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri istehsalat təcrübəsinə başlayıblar.

Fizika fakültəsinin III kurs tələbələri təcrübənin ilk günündə laboratoriya rəhbəri fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Qeyri-mümkün kristallar. Kvazikristallar nədir?” mövzusunda məruzəsini dinləyiblər. Məruzəçi ilk olaraq mövzunun aktuallığından, kristalların yaranma tarixindən bərk cisimlərin xassələrindən danışıb. İ.Əmiraslanov kristalların strukturlarının öyrənilməsi, onların yaradılması üçün istifadə olunan texnologiyalardan, amorf və kristallik strukturlar və onları fərqləndirən fiziki cəhətlərdən söhbət açıb. O, kristal və amorf halından fərqli kvazikristal halı haqqında da ətraflı məlumat verib. Penrose torları, Monotile (Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: