Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2024 09:42
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

Tədbirdə elmi müəssisənin direktoru professor Nadir Məmmədli gənclərin institutun elmi və ictimai həyatındakı rolları barədə ətraflı danışıb və gənclərə öz tövsiyələrini verib.

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə il ərzində nəzərdə tutulmuş “Dilçilik tribunası”nda gənc doktorant və dissertantların fəal iştirakının zəruriliyini vurğulayıb.

Sonra Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əsasını qoyduğu “Dilçilik tribunası” layihəsi çərçivəsində Toponimika şöbəsinin kiçik elmi işçisi Ayşən İsmayıllının “Ağdam rayonu ərazisində rast gəlinən posessiv mikrotoponimlərin toponimik sistemdə rolu” adlı məruzəsi  dinlənilib.

A.İsmayıllı bildirib ki, posessiv mikrotoponimlər coğrafi obyektin hər hansı şəxsə, ailəyə, nəslə aid olduğunu bildirir. Onlar ərazidə məskunlaşan kənd sakinlərinə məxsus olan posessiv mikrotoponimlər; görkəmli şəxsiyyətlərə məxsus olan posessiv mikrotoponimlər; dini şəxsiyyətlərə (seyidlər, ağalar, övliyalara) məxsus olan posessiv mikrotoponimlər; müəyyən şəxs, nəsil, tayfa, xalq, qəbiləyə məxsus olan posessiv mikrotoponimlər. Bu onimlər toponimik sistemdə mühüm rola malikdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: