Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun gənc əməkdaşı beynəlxalq konfransda məruzə edib
06.05.2024 15:42
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun gənc əməkdaşı beynəlxalq konfransda məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin elmi işçisi Mərcan Hüseynova Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”nda iştirak edib.

Dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailyyətləri və təcrübələri bölüşmək, qarşılaşdıqları problemləri təhlil etmək məqsədilə keçirilmiş konfransda əməkdaşımız Mərcan Hüseynova “Müstəqillik illərində Nizami irsinin nəşri milli kitabşünaslığımızı zənginləşdirən mühüm mənbə kimi” adlı məruzə ilə çıxış edib və konfransda fəal iştirakına görə beynəlxalq sertifikatla təltif olunub.

Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: