Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2024 15:55
  • A-
  • A
  • A+

“Ümummilli Lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” adlı tədbir keçirilib

“Ümummilli Lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Hüseyn Cavidin Ev Muzeyinin direktoru fililogiya elmlər doktoru Gülbəniz Babaxanlı açaraq bildirib ki, Ümummilli Lider bütün varlığı ilə siyasət adamı olsa da, bütün sahələrdə, mədəniyyət sahəsində, ayrı-ayrı şəxslərin həyatında çox yüksək rolu olub: Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanda 133 muzey fəaliyyət göstərir. Onların böyük əksəriyyəti Heydər Əliyevin birbaşa təşəbbüsü ilə yaradılıb. Hüseyn Cavidin Ev Muzeyinin yaradılması da Heydər Əliyevin ardıcıl səyləri nəticəsində mümkün olub. Heydər Əliyevin Hüseyn Cavid sevgisi sonradan yaranmış ötəri sevgi olmayıb. O hələ orta məktəbdə oxuyarkən Hüseyn Cavidin əsərlərini dərindən mütaliə edib və onu Azərbaycanın Hötesi adlandırıb. Ümummilli Lider hələ 9-cu sinifdə oxuyarkən Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənan rolunu ifa edib.

Alim Ulu Öndər Heydər Əliyevin mütəfəkkir-şair Hüseyn Cavid naminə fəaliyyəti – ədibin nəşinin uzaq Sibirdən vətənə qaytarılması, mənəvi bəraət alması, xatirəsinin əbədiləşdirilməsi haqqında özünün “Ümummilli Lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” adlı monoqrafiyasında geniş söz açdığını, bu böyük şəxsiyyətin vətən və el təəssübünün bitməz xəzinə olduğunu qeyd edib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: