Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2015 09:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu illik hesabatını təqdim edib

Coğrafiya İnstitutu illik hesabatını təqdim edib

AMEA-nın Əsas binasında  Yer Elmləri BölməsiCoğrafiya İnstitutu birgə iclas keçiriblər.

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi elm müəssisəsinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatını təqdim edib.

Akademik Ramiz Məmmədov dövlət başçısının AMEA-nın 70 illik yubiley tədbirində irəli sürdüyü demoqrafiyaya aid tapşırığa əsasən Coğrafiya İnstitutunda bu istiqamətin prioritet istiqamət kimi götürüldüyünü iclas iştirakçılarının diqqətinə çatdırıb.

Direktor bu il AMEA ilə yanaşı, Coğrafiya İnstitutunun da 70 ilinin tamam olduğunu deyib. Yubileylər münasibətilə institutda tədbirlər keçirildiyini xatırladan direktor regionlarda da bir sıra görüşlər təşkil olunduğunu diqqətə çatdırıb.

Ramiz Məmmədov Prezident İlham Əliyevin Fərman və Sərəncamlarının icrası ilə əlaqədar görülən işlər haqqında məlumat verib.

Sonra akademik 2015-ci ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələrdən söz açıb. Həmçinin fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr və qrantlar, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verib.

Tədbirdə Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqindən irəli gələn Coğrafiya İnstitutuna aid məsələlər müzakirə olunub.

Mövzu ilə bağlı çıxış edən Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rəyasət Heyətinin müvafiq qərarına əsasən ölkə başçısının irəli sürdüyü elmi prioritetlər üzrə institutun təkliflərini səsləndirib.

İclasda Coğrafiya İnstitutunun yeni strukturu müzakirə edilib. Akademik Fəxrəddin Qədirov institutun strukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

Sonra Fəxrəddin Qədirov AMEA-nın 70 illik yubileyi münasibətilə Coğrafiya İnstitutunun bir qrup əməkdaşına Yer Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: