Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.05.2024 14:40
  • A-
  • A
  • A+

MEK-də Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib

MEK-də Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə dəyərli nəşrlər sərgilənir. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən sözügedən sərgidə 105 adda kitab nümayiş edilir.

Onların sırasında “Bioloji müxtəliflik” (C.əliyev, Z.Əkpərov, A.Məmmədov), “Azərbaycan Respublikasının Biomüxtəliflik üzrə Ölkə Tədqiqatı. Bioloji müxtəliflik Konvensiyası üzrə Birinci Milli Məruzə”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları” (U.Ələkbərov), “Torpaq keyfiyyətinin monitorinqi və ekoloji nəzarət” (A.Babayev), “İntellektual ekologiya” (Ə.M.Həmidov, Z.Həmidova), “Ekologiya dünyamızın bu günü və sabahı” uşaq ensiklopediyası, “Küreselleşen kalkınma. Bir eleştiri” (M.H.Polat), “Inspiring Individual. Ten people Making a Better World” və digərləri var.

Nəşrlərdə canlı aləmin əsasını təşkil edən bioloji müxtəlifliyin mühafizəsi, öyrənilməsi və istifadəsi kimi aktual məsələlərdən bəhs olunur, biomüxtəliflik anlayışına, onun struktur və səviyyələrinə, qanunauyğunluqlarına, inkişaf meyillərinə, tükənmə təhlükələri və mühafizə metodlarının şərhinə geniş yer verilir.

İki həftə müddətində davam edəcək sərgidən biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, bu sahələrdə çalışan mütəxəssislər yararlana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: