Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.05.2024 12:00
  • A-
  • A
  • A+

Mikrobioloq alim “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda iştirak edib

Mikrobioloq alim “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda iştirak edib

AQTA və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilib.

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri b.e.d., professor Könül Baxşəliyeva tədbirdə dəvətli kimi iştirak edib.

İki gün davam edən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.

Forumda bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertləri iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: