Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.05.2024 14:47
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının şöbə müdiri startap yarışmasında münsif kimi iştirak edib

Yüksək Texnologiyalar Parkının şöbə müdiri startap yarışmasında münsif kimi iştirak edib

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidov Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının tələbələri arasında  yeni təşəbbüslərin ortaya çıxarılması və innovativ sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil edilmiş startap yarışmasında münsif kimi iştirak edib.

Yarışmada məşğulluq, təhsil, müdafiə sənayesi, maliyyə, səhiyyə və digər istiqamətlərdə startapların təqdimatı olub. İnnovativ, problem yönümlü və bazara uyğunlaşmaq potensialı olan təşəbbüslər dəyişkən, əlçatan və arzuolunan xüsusisyyətləri ilə münsiflərin diqqətini cəlb edib. Həmçinin münsiflər tərəfindən startaplarla bağlı müzakirələr aparılıb, tövsiyyələr tələbələrin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbində yeni ideyaları olan tələbələrin öz startaplarını inkişaf etdirmələrinə və böyümələrinə böyük diqqət ayrılır, ixtisaslaşmış müəllimlər tərəfindən tələbələrə mentorluq xidməti göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: