Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.06.2024 09:46
  • A-
  • A
  • A+

Çin səfirliyinin məsul əməkdaşları Şərqşünaslıq İnstitutunda olublar

Çin səfirliyinin məsul əməkdaşları Şərqşünaslıq İnstitutunda olublar

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin Siyasi şöbəsinin müdiri Yu Kaiven və səfirliyin üçüncü katibi Xie Yilin AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Çinli diplomatlar institutun Asiya-Sakit Okean regionu ölkələri şöbəsinin əməkdaşları ilə görüşüblər.

Şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli Azərbaycanla Çin arasında münasibətlərdən danışıb, Şərqşünaslıq İnstitutunda Çinlə əlaqədar aparılan tədqiqatlar, nəşr olunan kitablar, dərc olunan məqalələr barədə məlumat verib.

Şöbənin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasov Çinə aid nəşr olunan kitablarından bəhs edib.

Çinli diplomatlar Yu Kaiven və Xie Yilin Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlarla bağlı öyrəndiklərindən məmnun qaldıqlarını bildiriblər.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə Çinin elm və təhsil müəssisələrinin əməkdaşlıqlarının genişləndirilməsi perspektivlərindən söhbət açılıb. Çin səfirliyinin nümayəndələri ölkələrinin tarixinə aid kitabları, şərqşünas alimlər isə özlərinin Çinə aid əsərlərini qarşı tərəfə təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: