Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2024 10:02
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları İsveçrədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları İsveçrədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları İsveçrənin Bern şəhərində keçirilmiş ASEAD XIII Beynəlxalq Sosial Elmlər Simpoziumunda onlayn şəkildə iştirak ediblər.

Sosial elmlər (tibb, təsviri incəsənət, təhsil elmləri, idman elmləri, humanitar elmlər, hüquq) sahəsində tədqiqat aparan alimləri birləşdirmək və yeni tədqiqat mövzularına dair bilikləri təkmilləşdirmək məqsədilə keçirilmiş simpoziumda əməkdaşlarımız – Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Səbinə Əhmədova “Süleyman Sani Axundov və Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı barədə mülahizələr”, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin baş mütəxəssisi Nəzrin Rzayeva “Poeziyada və nəsrdə tarixi gerçəkliyin əksi”, Biblioqrafiya şöbəsinin kiçik elmi işçisi Sevinc Muxtarova ““Əkinçi” qəzetində ictimai-siyasi məsələlər və onun xalqın milli şüurunun təşəkkülünə təsiri” mövzularında məruzə edib və çıxışlarına görə iştirakçı sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, beynəlxalq simpozium ASEAD - Avrasiya Sosial və İqtisadi Araşdırmalar Dərgisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Qazaxıstan Çimkent Universiteti və “Astana Yayınları”nın birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: