Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2024 15:10
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Rusiyalı alimlərin mühazirələri dinlənilib

Neft-Kimya Prosesləri İnstitutunda Rusiyalı alimlərin mühazirələri dinlənilib

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda nüfuzlu rus alimlərinin mühazirələri dinlənilib.

Kimya elmləri doktoru professor, Rusiya Xalqlar Dostluğu Universitetinin Birləşmiş Kimyəvi Tədqiqatlar İnstitutunun direktoru Xrustalyov Viktor Nikolayeviç, kimya elmləri doktoru Belyaçenko Aleksey Nikolayeviç və kimya elmləri doktoru, Ekologiya İnstitutunun professoru Kritçenkov Andrey Sergeyeviç institutun baş direktoru akademik Vaqif Abbasov ilə görüşüblər.

Görüş zamanı fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra Belyaçenko Aleksey Nikolayeviç və Kritçenkov Andrey Sergeyeviç institutun alimləri qarşısında “Xitozanın funksionallaşması sahəsində yeni istiqamətlər” və “Karkas metallosilseskvioksanlar: Supra(molekulyar) quruluşların və katalitik xassələrin xüsusilikləri” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Məruzələr böyük maraqla dinlənilib və məruzəçilərə çoxsaylı suallar verilib. İnstitutun alimləri məruzəçilərlə və bütövlükdə Xalqlar Dostluğu Universiteti ilə əməkdaşlığın vacib olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: