Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu və Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə Naxçıvanda “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Elmi-praktiki konfransın mövzusu Naxçıvan Muxtar Respublikasının 100 illiyi və institutun alimlərinin yubileyinə həsr olunub. Üç gün davam edən tədbirin açılış mərasimində institutun baş direktoru akademik Arif Həşimov və NDU-nun rektoru tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış ediblər. Çıxışlarda Naxçıvanın tarixindən, onun davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərindən söhbət açılıb.
Açılış mərasiminə onlayn formatda Türkiyə, Meksika, Rusiya və Danimarkadan alimlər də qatılıblar. Qonaqlar konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıblar.
Daha sonra məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.