Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2024 15:30
  • A-
  • A
  • A+

“Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq idealları və yeni milli hədəflər” mövzusunda yubiley tədbiri keçirilib

“Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq idealları və yeni milli hədəflər” mövzusunda yubiley tədbiri keçirilib

Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü, “Qızıl kəlmə” mükafatçısı Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş “Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq idealları və yeni milli hədəflər” mövzusunda yubiley tədbiri keçirilib.

Tədbirdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları fəlsəfə elmləri doktoru, Füzuli Qurbanov, dosentlər Şabanov Zeynəddin, Şölət Zəki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənov, tarix üzrə fəlsəfə doktoru Yaqut Emirova, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, AYB Poeziya seksiyasının rəhbəri şair İbrahim İlyaslı, biologiya elmləri doktoru, professor Elman İgəndər, yazıçı, publisist, şair Əkbər Qoşalı, Xalq artisti Eldost Bayram, Əməkdar artist Ağalar Bayramov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, AYB üzvü şair Vəli Səfərov Qaraçaylı, AYB üzvü şair, yazıçı Hacı Loğman Qorqud, şair-publisisit Arzu Heydərova, AYB üzvü şair Arzu Əsəd, AYB üzvü, yazıçı, hüquqşünas Lətifə Oruc, AYB üzvü, şair İlham Qazaxlı,  yazıçı, jurnalist,  Əntiqə Rəşid və b.-ları çıxışlar ediblər.

Alim-yazıçı Sadıq Qarayevin 50 illik ömür yolundan, elmi tədqiqatlarından, bədii yaradıcılığından və ictimai fəaliyyətindən danışan natiqlər onun alim, yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçildiyini qeyd edərək, öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğindən danışıblar.

Sadıq Qarayev “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifidir.

Tədbirdə şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsi və vətəncanlılıq hadisələrinin dolğun təsvir edildiyi “Sahilsiz təzadlar” romanı, “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılan, azərbaycanlı çekistlərin vətənpərvərlik və peşəkarlıqla xidmətini əks etdirən ilk iri əcmli “Sahibsiz kölgələr” romanı, tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, “N” saylı qəhrəmanlıq” tarixi romanı, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız Zamanlar” və “Azərbaycançılıq məfkurəsi” kitabları ətarafında elmi, ədəbii təhlillər və müzakirələr aparılıb. Müəllifin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyi vurğulanıb.

Sadıq Qarayevə AMEA-nın Azad Həmkarlar İttifaqının Fəxri fərmanı, AYB-nin Fəxri diplomu təqdim olunub və Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: