Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.06.2024 12:25
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

Fizika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

Fizika İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunmuş iclası keçirilib.

Tədbiri institutun baş direktoru akademik Arif Həşimov açaraq 15 iyunun Azərbaycan üçün böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik gün olduğunu bildirib. Akademik Arif Həşimov Ulu Öndər Heydər Əliyevin müstəqillik uğrunda əzmkarlıqla mübarizə aparmasından, Naxçıvanın blokadadan çıxarılması, ona Muxtar Respublika adının verilməsi və demokratik respublikanın bayrağının Naxçıvanda yenidən dalğalanması üçün ustalıqla yürütdüyü siyasətdən, atdığı addımlardan danışıb. O, xalqın təkidilə Bakıya gələn Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu və memarı olduğunu bildirib.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə vətəninin, millətinin gələcəyi üçün çalışırdı. O, xalqın Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özünun həll etmək istəyindən danışıb. A.Abasova qeyd edib ki, Ümummilli Lider iyunun 15-də  Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bildirib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Onun varisi, Ali Baş Komandan İlham Əliyevin bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: