Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.06.2024 12:25
  • A-
  • A
  • A+

Akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası - Şuşa” adlı kitabı Əlcəzairdə ərəb dilində çapdan çıxıb

Akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası - Şuşa” adlı kitabı Əlcəzairdə ərəb dilində çapdan çıxıb

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, Azərbaycanın Əməkdar elm və incəsənət xadimi akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası - Şuşa” adlı kitabı ərəb dilində Əlcəzair “DJIL Print” nəşriyyatı tərəfindən dərc olunub.

Kitabda Şuşa şəhərinin 1750-ci ildə Qarabağ xanı Pənah Əli Xan tərəfindən əsasının qoyulması, burada Azərbaycanın görkəmli musiqiçiləri, bəstəkarları və ifaçılarının yetişməsi haqqında ərəb ictimaiyyətinə müfəssəl məlumat verilir. Bununla yanaşı, bu qədim mədəniyyət paytaxtında Məslisi-üns, Məclisi-fəramuşan kimi ədəbi və musiqili məclislərin təşkil edildiyi, “Qarabağın konservatoriyası” adı verilmiş bu şəhərin 30 ilə yaxın erməni işğalı altında olduğu və 44 günlük Vətən müharibəsi zamanı azad edildiyi diqqətə çatdırılır. Müəllif Şuşanın Azərbaycan, Şərq və bütövlükdə dünya mədəniyyəti üçün əhəmiyyətindən də söz açır.

Kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması münasibətilə xalqa müraciəti də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: