Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
28.06.2024 11:00
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında sonuncu sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar” başlıqlı yazı təqdim edilib.

Bugünkü sayda, ilk səhifələrdə AMEA-da “Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans, Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan məsələlərin müzakirəsinə dair iclas, Ordubad rayonunda Qərbi azərbaycanlılarla görüşlə bağlı yazılar yer alıb.

Qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Qərbi Azərbaycana qayıdış” festival-konqresində AzərTac-a müsahibəsi, yazıçı-alim Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş tədbir, TÜBİTAK rəhbərinin Naxçıvana səfəri və digər görüşlərə dair xəbərlər dərc edilib.

Həmçinin bu sayda AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin həmmüəllifliyi ilə Əməkdar geoloq Vaqif Kərimovun 75 illik yubileyi münasibətilə məqalə, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin AMEA-nın loqotipi ilə bağlı müsabiqəyə dair məqaləsi, AMEA-nın akademik-katibi akademik Arif Həşimovun belaruslu alimlərlə görüşü, eləcə də COP29 mövzusunda müsahibə və digər tədbirlərə dair informasiyalarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində məqalə, müsahibə, icmal, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair xəbərlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: