Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2024 14:42
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

AR Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İclasda ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov rəsədxananın 65 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq konfransla (Alive Universe - from Planets to Galaxies) bağlı təşkilati işlərin hazırkı vəziyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransın yüksək səviyyədə təşkili istiqamətində müvafiq tədbirlərin görülməsi üçün konfransın yerli təşkilat komitəsinə yeni göstərişlər verilib. 

Sonra iclasın gündəliyinə uyğun olaraq xarici ezamiyyətdən qayıdan əməkdaşların hesabat çıxışları dinlənilib, sualları cavablandırılıb və hesabatlar qəbul olunub.

Daha sonra ŞAR-ın elmi şöbələrinin 2024-cü ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat çıxışları dinlənilib. Çıxışlarda cari ilin ilk 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: