AMEA-nın Şəki Regional Elmi Mərkəzində Mülki Müdafiə Qərargahının növbəti seminarı məşğələsi keçirilib.
Tədbirdə Şəki REM-in MM Qərargahının üzvləri, manqa komandirləri və manqaların tərkibinə daxil olan əməkdaşlar iştirak ediblər.
Gündəlikdəki ilk mövzu “Xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən, yaralanma, yanğın və zədələnmə hallarında özünə və zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydaları” haqqında olub. Mövzu ilə bağlı Şəki REM-in Ekoloji biofizika şöbəsinin elmi işçisi, Mülki Müdafiə Qərargahının İlk tibbi yardım manqasının komandiri Zərintac Şükürova məruzə edərək təlimatları diqqətə çatdırıb.
Məşğələnin gündəliyindəki ikinci məsələ - “Meşədə yanğın təhlükəsizliyi” ilə bağlı Şəki REM-in ümumi işlər üzrə direktor müavini, Mülki Müdafiə Qərargahının Yanğınsöndürmə manqasının komandiri Rəhim Abdurahmanov çıxış edib. O, yanğına səbəb ola biləcək hadisələr, əşyalar, meşəni yanğından mühafizə qaydaları barədə məlumatları nəzərə çatdırıb.
Seminar məşğələdə dinləyicilərin sualları cavablandırılıb, sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.