Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.07.2024 16:56
  • A-
  • A
  • A+

MEK əməkdaşının 70 illik yubileyi qeyd olunub

MEK əməkdaşının 70 illik yubileyi qeyd olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın əməkdaşı Cəlalət Yusibovanın 70 illik yubileyi qeyd olunub.

MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov yubilyarı təbrik edib. Direktor qeyd edib ki, Cəlalət Yusibova hər zaman təcrübəli, məsuliyyətli və bacarıqlı bir əməkdaş kimi kitabxanaya öz töhfəsini verib.

Uzunmüddətli peşəkar və səmərəli fəaliyyəti, 70 illik yubileyi münasibətilə Cəlalət Yusibova “Təşəkkürnamə” ilə təltif olunub.

Öz növbəsində C.Yusibova göstərilən diqqətə görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: